Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Avtomobilləri dünyanın qısqandırdı, özü dilənçilik etdi

29 Oktyabr 2026, 10:00 Dünya
728×90

1889-cu ildə Avstriyanın Vyanasında milyonçu Emil Yellinekin bir qızı dünyaya gəldi. Atası qızına Adriana Manuela Ramona Yellinek adını verdi. “Mersedes” isə ispan mənşəli olduğu üçün verilən təxəllüsü idi.

Qızına olan böyük sevgisi səbəbilə atası Emil Yellinek villalarına, yarışlardakı adına, avtomobillərinə və yaxtalarına “Mercedes” adını verdi. 1900-cü ildə avtomobil istehsalı üçün “Daimler” şirkəti ilə bağladığı müqavilədə avtomobilin adının qızının adı olmasını şərt qoydu. 1901-ci ildən etibarən istehsala başlayan ilk “Mercedes 35 HP” modeli böyük uğur gətirdi. Hətta Mersedesin atası rəsmi olaraq adını dəyişdirib Yellinek-Mercedes etdi.

Adına avtomobil təsis olunan Mersedesin isə heç vaxt avtomobili olmadı. Dəbdəbəli və elit həyat tərzi, eyni zamanda soprano vokal səsi onu musiqi dünyasında tanıtdı. Baron Karl fon Şlesser ilə ailə qurdu, iki övladı dünyaya gəldi. Uyğunsuzluq səbəbilə boşandı, təkrar baron Rudolf fon Veygl ilə evləndi.

Birinci Dünya müharibəsi başladı. Sahib olduğu sərvət və şöhrət tamamilə əlindən getdi, səfil həyatı başladı. Hətta elə bir hala gəldi ki, qonşularından aldığı yardım ilə yaşamağa məhkum oldu. Səfalətin ardından xəstəlik də Mersedesli yaxaladı. Sümük xərçənginə tutulan Mersedes 39 yaşında acınacaqlı şəkildə dünyadan köçdü.

Lakin adına təsis olunmuş “Mercedes-Benz” avtomobilləri və digər nəqliyyat vasitələri 125 ildir ki, öncəliyini qoruyur.

Son olaraq oxucularımıza kiçik bir xatırlatma etmək istərdik ki, sahib olduğunuz heç bir sərvət üçün öyünməyin. Mersedesin atasının sərvəti onu xilas edə bilmədi, lakin atasının sevgisi ilə adı dünyaya meydan oxuyur.

Tərifə Şükürqızı

728×90
Paylaş: