Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

27 Avqust 2026, 15:55 Sosial
728×90

Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq.

Faktum.az  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

728×90
Paylaş: