Qitələrin gizli bağlantısı

Dünyanın ən uzun dağ silsiləsi dənizin dibində yerləşir.
Faktum.az xəbər verir ki, yer kürəsinin ən uzun dağ sistemi quruda deyil, okeanların dibində yerləşən Orta Okean Silsiləsidir. Ümumi uzunluğu 65 000 kilometrdən çox olan bu nəhəng geoloji struktur planetimizin zəlzələ və vulkanik aktivliyinin böyük hissəsini özündə cəmləşdirir.
Coğrafiyaçılar və okeanoloqlar bildirirlər ki, bu dağ silsiləsi Atlantik, Hind və Sakit okeanlarının dibi ilə uzanaraq bütün qitələri əhatə edir. Quru üzərindəki en uzun dağ silsiləsi olan And dağları (7 000 km) ilə müqayisədə okean dibindəki bu silsilə 9 dəfədən çox uzundur və Yerin tektonik plitələrinin hərəkətini öyrənmək üçün əvəzsiz mənbədir.
