Qadın nə istəyir?

Qadınla kişi var olandan bu günə kimi, kişilər, “qadın nə istəyir “sualı üzərində “baş sındırırlar”.
Kimisi sevgi, kimisi, şöhrət, kimisi var-dövlət, kimisi azadlıq, kimisi hörmət və. s kimi minlərcə fikir ortaya qoydular. İronik olsa da , bu günə kimi heç bir kişi qadının nə istədiyini bilmədi.
Yaranışı etibarı ilə kişi beyni çox sadədir duygudan uzaq, məntiqlə idarə olunur. Qadın beyni isə yarı məntiq, yarı duyğu üzərindən qərar verir.
Məntiq mahiyyət etibarı ilə təkdir. Duyğular isə hər insana görə fərqli şəkildə dəyişir. Məhz bu səbəblə kişilərdən fərqli olaraq, duyğuların təsiri ilə, eyni hadisə, hər bir qadında fərqli hislər yaradır.
Bunu anlamaqda çətinlik çəkən kişilər “qadınlar nə istəyir” deyə şikayətlənməyə başlayırlar.
Qeyd etdiyiniz kimi, qadın istəkləri, şəxsiyyətinə, düşüncəsinə, intellektual səviyyəsinə, həyata baxışına görə dəyişir. Lakin hər bir qadının həyatına daxil olmuş kişidən tək bir istəyi var.
DİNLƏNİLMƏK.
Kişilər qadının bu istəyini yerinə gətirməyə səbr edə bilmirlər. Qadın səsini duyurmaya çalışır, nəticədə qadın deyingən adı qazanır.
O isə, kişi sadəcə vaxtının cüzi bir qismini qadını dinləməyə ayırsa və onun düşüncələrini soyuq məntiqi ilə alçaltmağa çalışmasa, qadın bütün istəklərinə Nail olmuş olur.
Dəyərli kişilər!
Qadınlarınızı dinləyin. Onlar sizin bayırda vaxt keçirdiyiniz təsadüfi insanlardan az dəyərli deyil.
Tərifə Şükürqızı
