Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Perunun Rəngarəng Dağları: Vinikunka Dağının Geoloji Sirri

22 Sentyabr 2026, 17:00 Dünya
728×90

Cənubi Amerikanın And dağları silsiləsində, dəniz səviyyəsindən təxminən 5200 metr yüksəklikdə yerləşən Vinikunka (Montaña de Siete Colores) dağı parlayan 7 müxtəlif rəng çaları ilə dünyanın ən heyranedici təbiət möcüzələrindən biridir.

Faktum.az xəbər verir ki, dağın göyqurşağı kimi zolaqlı görünməsinin arxasında milyonlarla il ərzində baş verən mürəkkəb geoloji, mineraloji və tektonik proseslər dayanır. Milyon illər əvvəl dəniz və göl çöküntülərinin üst-üstə yığılması nəticəsində formalaşan bu laylar And dağlarının təktonik toqquşması ilə şaquli şəkildə yuxarı qalxmışdır. Dağdakı qırmızı çalarlar dəmir oksidləri və gillərdən, sarı rəng kükürd və dəmir sulfidlərindən, yaşıl çalar xlorit və magneziumlu gillərdən, çəhrayı rəng redoks reaksiyasına uğramış qırmızı gildən, bənövşəyi-qəhvəyi laylar limonit və qoetit minerallarından, ağ zolaqlar isə kvars qumu və kalsium karboanatdan yaranıb.

Əsrlər boyu buzlaqların altında gizli qalan bu rəngli mənzərə qlobal istiləşmə nəticəsində buzların əriməsi ilə təxminən 2015-ci ildən etibarən aşkara çıxmış və Perunun en çox ziyarət edilən turist mərkəzlərindən birinə çevrilmişdir.

728×90
Paylaş: