Ölümü daddı, ölmədi

Alman paraqlayderçi Eva Visnierska (Vişnierska) 14 fevral 2007–ci ildə Avstraliyada məşq zamanı, güclü ildırımlı fırtınaya düşür.
Fırtına, idmançını sərnişin təyyarələrinin yüksəldiyi hündürlüyə qədər, yəni 10.054 mert yüksəkliyə qaldırır. Elə bir yüksəklikdə, havanın temperaturu -50°-ni göstərirdi. Oksigen isə olduqca aşağı səviyyədə idi.
Eva Visnierska belə bir vəziyyətdə huşunu itirir və 3 saat havada asılı qalır. Nəhayət 3 saatın sonunda, donmuş vəziyyətdə olmuş olsa da, sağ olaraq yerə enə bildi.
Həkimlər, Evanın həyatda qalmasına səbəb, huşunu itirməsində gördü. Elə bir yüksəklikdə kifayət qədər oksigenin olmaması, ölümlə nəticələnə bilərdi. Bayqınlıq, oksigen ehtiyacını minimuma endirməsi səbəbilə, xilas ola bildi.
Çox təəsüf ki, o məşq zamanı Eva ilə birlikdə olan Cinli paraqlayderçi He Zhongpin Eva qədər şanslı ola bilmədi. Faciəli şəkildə həlak oldu.

Tərifə Şükürqızı
