Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mileva Enşteynin həyat yoldaşı ya köləsi idi?

13 Avqust 2026, 10:30 Dünya
728×90

Faktum.az xəbər verir ki, dünyada ən ağıllı 5 insanın yaşadığı qəbul edilir ki, siyahıda ilk yerdə Albert Eynşteyn dayanır. Gəlin görək, Eynşteyn doğrudan da bu qədər dahi idi?

Eynşteyn ilk həyat yoldaşı Mileva Marik ilə İsveçrənin Sürix Federal Texnologiya İnstitutunda birlikdə təhsil alırdı. Zəkası və riyazi düsturları həll etmək qabiliyyəti ilə Eynşteyndən daha savadlı olan Mileva onun diqqətini çəkirdi. Yəni Eynşteyn Milevaya sadəcə qadın kimi deyil, zəkası etibarı ilə də böyük maraq duyurdu. Milevanın zəkasından yararlanmaq üçün Eynşteyn onunla evlənmək qərarına gəldi. Lakin evliliyin şərtləri bir qadın üçün həddindən artıq ağır idi. Eynşteyn ondan tələb edirdi: gündə üç dəfə yeməyi otağına gətirilməli, heç bir yaxınlıq tələb olunmamalı, “get” dedikdə getməli, “sus” dedikdə danışmamalı idi. Bu qədər ağır şərtlərə baxmayaraq, Mileva Eynşteynlə evlənməyi qəbul etdi.

16 illik evlilik boyunca Eynşteyn bütün kəşflərini Milevanın köməyi ilə etdi. Milevanın etdiyi fədakarlıqlar Eynşteyn tərəfindən görülmədi və hətta adı belə çəkilmədi. O, bütün uğurları öz adına bağlayaraq təkbaşına Nobel mükafatına sahib çıxdı. Əri tərəfindən yaşadığı haqsızlıqlar və xəyal qırıqlıqları Milevanın beyin qanaması keçirməsinə və vaxtsız ölümünə səbəb oldu. Eynşteyn isə Milevanı ölümündən öncə tərk edərək başqa bir qadınla evləndi və Milevanın zəkası ilə əldə etdiyi dahiliyin zövqünü yaşadı.

Doğurdan da gözəl deyim var: “Alim olmaq asandır, adam olmaq çətin”.

Həm alim, həm də adam olmağın nümunəsini bizlərə başqa bir dahi — Pyer Küri öyrətdi. O, bütün uğurlarını xanımı Mariya Küri ilə birgə əldə etdiyini, Nobel mükafatında Mariyanın da haqqı olduğunu uca səslə bəyan etdi. Beləliklə, Mariya Küri iki dəfə Nobel mükafatı alıb ömrünü elmə fəda edərkən, Mileva oğurlanan zəkasının acısı ilə tanınmadan dünyadan getdi.

Sizcə, Eynşteyn dahi idi, yoxsa mənəvi sadist?

Tərifə Şükürqızı

728×90
Paylaş: