Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Latviya rus dilini qadağan edir – Kremldən cavab gecikmədi

15 İyul 2026, 14:34 Dünya
REKLAM728×90

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Riqanın Latviya mediasında rus dilinin qadağan edilməsi istəyini qınayıb.

Faktum.az   xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Burada yeganə reaksiya qınamaq ola bilər. Bunu qınamamaq mümkün deyil, çünki ölkə sakinlərinin çox sayda hüquqları rədd edilir”, – deyə o bildirib.

Peskov həmçinin əlavə edib ki, Latviya hakimiyyəti uzun müddətdir ki, rus və rusdilli hər şeyə nifrət nümayiş etdirir. Daha əvvəl Latviyanın mədəniyyət naziri Nauris Puntulis  yerli mediada rusdilli məzmunun qadağan ediləcəyini açıqlamışdı.

REKLAM728×90
Paylaş: