Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Kuşköy Kəndində Əsrlər Boyu Yaşayan İrs: Fitlə Ünsiyyət və “Quş Dili”

22 Sentyabr 2026, 15:00 Dünya
728×90

Türkiyənin Qara dəniz bölgəsində, Giresun vilayətinin Çanakçı rayonuna bağlı Kuşköy kəndində sakinlərin əsrlərdir istifadə etdiyi “quş dili” dünyada ən unikal ünsiyyət formalarından biridir.

Faktum.az xəbər verir ki, mürəkkəb coğrafi relyefə və dik vadilərə malik olan bu kənddə insanlar uzaq məsafələrdən bir-birləri ilə xəbərləşmək üçün türk dilinin səs strukturlarını fit tonlarına çevirərək xüsusi bir dil formalaşdırıblar. Barmaqlar və dil vasitəsilə çıxarılan yüksəksəsli fit tonları vadilər arasında 4-5 kilometr məsafəyə qədər aydın şəkildə yayıla bilir. Təsərrüfat, gündəlik işlər, xəstəlik və ya dəvətlər barədə məlumatlar bu üsulla saniyələr ərzində qarşı tərəfə ötürülür. Müasir mobil rabitə texnologiyalarının inkişafına baxmayaraq, kənd sakinləri bu qədim ənənəni qoruyub saxlayırlar. 2017-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən “quş dili” hər il kənddə keçirilən ənənəvi festivallarla gələcək nəsillərə ötürülür.

728×90
Paylaş: