Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Kəşfini mənimsəməyən dahi

23 Sentyabr 2026, 12:30 Özəl
728×90

Hər bir insan ömründə bircə  dəfə də olsa  rentgen  müayinəsindən keçib və bunun üçün ödəniş etməyib.

1895-ci il 8 noyabr tarixində rentgen şüalarını kəşf edən Vilhelm Konrad Rentgen, tibb dünyasında inqilab etdi. Rentgenin kəşfi,1901-ci ildə Nobel mükafatına layiq görüldü. Alim, əldə etdiyi vəsaiti tamamilə oxuduğu universitetə bağışladı.

Ona, kəşfinin patentləşdirilməsi təklif olunduqda: “kəsdim, bütün bəşəriyyət üçündür” deyə, maddi maraqlarını güdmədi.

Tibb aləminin dönüş nöqtəsi hesab olunan rentgen şüası, sahibinə maddi gəlir gətirmədən, dünya tibbinə xidmətə başladı.

Vilhelm Rentgen kəşfi sayəsində böyük sərvətə sahib ola biləcəyi halda, ömrünün sonlarını maddi sıkıntılarla və amansız xərçənglə mübarizədə başa vurdu.

Ondan geriyə qalan, insan zəkası tükənənə qədər yaşayacaq  Mendeleyev cədvəlində yer alan 111 saylı Retgenium(Rg) elementi  və tibbin olmazsa olmazı rentgen cihazı  olacaq.

Ən əsası isə dahi alimlikdən öncə, əsl insanlığı unudulmayacaq.


Tərifə Şükürqızı

728×90
Paylaş: