Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Kapitalizm acgözlüyünün qurbanları – “Radium qızlar”

05 Oktyabr 2026, 11:00 Dünya
728×90

1898-ci ildə, radium elementini kəşf edən Mariya Kürü, özü belə bilmədən, yüzlərcə insanın ölümünə imza atdı.

Qaranlıqda yaşıl isıqla parıldayan radium, qısa vaxtda kapitalizminin gəlir mənbəyinə çevrildi. Amerikanın Nyu-Cersi, İllinoys, Konnektikut ştatlarında, nəhəng radium fabrikləri açıldı.

Fabriklər, qaranlıqda asan şəkildə seçilməsi üçün, saatların, hərbi və mülküdə istifadə olunan cihazların əqrəblərini radium ilə boyayırdı.(1910-1920-ci illər)  İncəlik tələb olunan boyacılıq işinə, zərif qadın əli tələb olunurdu.
Fabrik, minlərcə gənc qadınları işə qəbul etdi. 

İş zamanı istifadə olunan fırçalar qalınlaşır, hamarlıgını itirirdi.  Fabrikin sahibləri qadınlardan tələb etdi ki, fırçanı istifadədən öncə ağızları ilə yalayıb, dodaqları ilə hamarlaşdırsınlar. Hətta, boyanın tamamilə zərərsiz olduğunu, tam əksi, faydalı olduğunu söylədilər.  Müəyyən bir vaxtdan sonra, gənc qadınların dişləri töküldü, sümükləri sındı, bədənlərində radiasiya yanıqları, anemiya, xərçəng kimi qorxunc xəstəliklər əmələ gəlməyə başladı.

Ağız vasitəsi ilə bədənə daxil olan radiumu, bədən kalsium olaraq qəbul edib, sümüklərə ötürür. Sümük hüceyrələrinə daxil olan radium, qısa bir vaxtda sümük hüceyrələrini əridib, külə döndərir. Qadınların zəhərlənməsi faktı ortaya çıxdıqda, United States Radium Corporation (USRC) şirkəti, qəti şəkildə rədd etdi. Qadınların xəstəliklərinin araşdırılması Harvard universitetinə göndərildi.  Nəticə radium zəhərlənməsini təsdiqlənsə də, rəhbərlər bunu saxtalaşdırıb qadınların adlarını ləkələdilər.

Satın alınmış həkimlər, qadınlara cinsi yolla yoluxmuş “sifilis” diaqnozunu qoydu. Təbii ki, bu bir qadın üçün böyük utanc idi. “Radium qadınlar”, haqlarını məhkəmədə aradılar.  Məhkəməyə qədər zəhərlənmiş bir neçə qadın 20 yaşlarında belə ölmüşdü.

O dövr Nyu-Cersi ştatının qanunlarına əsasən, iddia müddəti 2 il idi. Şirkətin vəkili süni yollarla məhkəməni uzadıb, qadınların hamısının ölməsinə və iddia müddətinin bitməsinə çalışırdı. Qadınların vəkili Raymond Very sübut etdi ki, radiasiya bədənə tədricən təsir edir. Fəsadlar illər sonra üzə çıxır.  Ciddi cəhdlə, satılmış həkimlərlə, uzun-uzadı məhkəmələrlə məsuliyyətdən yaxa qurtarmağa çalışan USRC, mətbuatın və qadınlara dəstək olan insanların təzyiqindən yaxa qurtara bilmədi.

Mətbuat, qadınları “Yaşayan ölülər” deyə ictimaiyyətə tanıtdı.  Federal hakim Uilyam Klarklin, hadisələr ətrafında başlanan içtimai narazılığın qarşısını almaq üçün, şirkət üzərinə böyük təzminat qoydu.  Zərərçəkmiş hər bir işçiyə 10.000 dollar, (bu günün məzənnəsi ilə 160.000) bir dəfəlik təzminat, öncədən və sonrakı xəstəxana xərclərini qarşılama tələbi qoydu.

Baş verən hadisələr fonunda 1927-ci ildə şirkət fəaliyyətini dayandırdı.  Lakın, “radium qadınlar”ın sümüklərindən, hələ 1600 il radium parıltısı gələcək.  Necə ki, Mariya Kürünün radiasiyadan kirlənmis vücudunun 2,5 mm qalınlığında qurğuşun tabutda 1500 il davam edəcək parıltısı kimi.


Tərifə Şükürqızı

728×90
Paylaş: