Haqqımızda Reklam Əlaqə
160×600
160×600

İxtralarını Yer üzündən sildilər

05 Oktyabr 2026, 11:30 Dünya
728×90

Royal Raymond Rife:

1930-cu ildə amerikalı alim Royal Raymond Rife orqanizmdə yaranan mikroorqanizmləri məhv edən dalğa cihazı yaratdı. Cihazın ötürdüyü dalğa xərçəng hüceyrələrini məhv edirdi. Hətta 16 xəstə üzərində keçirilən təcrübədə yalnız birinə cərrahi müdaxilə edildi. Rifenin bu mükəmməl kəşfi dərman sənayesinin maraqlarına kəskin şəkildə zidd idi. Elə bu səbəbdən, 1939-cu ildə onun laboratoriyası yandırıldı; cihaz və materiallar yox edildi.

Henry Ford:

1941-ci ildə sərgilədiyi avtomobilin kuza örtüyü və yanacağı çətənə bitkisindən əldə olunmuşdu. Bu qədər ucuz maliyyə ilə başa gələn avtomobilin və yanacağın, təəssüf ki, kütləvi istehsalına icazə verilmədi. Fordun sərgilənən avtomobili məhv edildi. Belə bir nəqliyyat vasitəsi və yanacaq neft sənayesinin mövqeyini sarsıda bilərdi. Avtomobilin layihəsinin qorunmasına belə izin verilmədi.

General Motors:

1996-cı ildə “EV1” elektrik avtomobilini yaratdı. Məhsul böyük rəğbət qazansa da, kütləvi istehsalına icazə verilmədi. Hətta istifadəyə verilmiş avtomobillər geri çağırıldı. 40 avtomobil tədqiqat müəssisələrinə və muzeylərə verilsə də, onların işlək halda saxlanılmasına icazə verilmədi. Göstərilən bəhanələr bazar və texniki tənzimləmə olsa da, avtomobilin istehsalına qəsdən mane olunduğu məlumdur.

Wilhelm Reich:

1950-ci illərdə bulud dağıtma və yağış yağdırma qurğusunu kəşf etdi. ABŞ Federal Qida və Dərman Administrasiyası (FDA) qurğunun istifadəsini və satışını dayandırmağı tələb etdi. Reich məhkəmə qərarı ilə qoyulan qadağaya əməl etmədiyi üçün 2 il müddətinə azadlıqdan məhrum edildi. 1957-ci ildə isə həbsxanada müəmmalı şəkildə dünyasını dəyişdi.

Sadaladığımız alimlər və ixtiraçılar öz kəşfləri ilə günümüzün bəlası olan xərçəngi, quraqlığı, yüksək yanacaq xərclərini və ucuz avtomobil ehtiyacını böyük ölçüdə həll edə bilərdilər. Nə yazıq ki, korporativ və kommersiya maraqları səbəbilə onların elmi özlərini belə xilas edə bilmədi.

Tərifə Şükürqızı

728×90
Paylaş: