İspaniyada qatar qəzasında ölənlərin sayı artdı

İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 69-a çatıb.
Faktum.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.
“Toledonun Urda şəhərində baş verən qatar qəzasında daha bir nəfər həlak olub və ölənlərin sayı 69-a çatıb”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün İspaniyanın Toledo əyalətində iki sərnişin qatarı toqquşub.
