İnsanlar niyə şayiələrə inanır?

Faktum.az xəbər verir ki, kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin inkişaf etdiyi müasir dövrdə belə, yalan və ya dəqiqləşdirilməmiş xəbərlərin, yəni şayiələrin işıq sürəti ilə yayılması sosial-psixoloji baxımdan təbii bir fenomen hesab olunur.
Psixoloq Qordon Olport və Leo Postmanın klassik “Şayiə formulası”na görə, bir şayiənin yaranması və kütləvi hal alması iki əsas amildən -mövzunun cəmiyyət üçün nə dərəcədə vacib (əhəmiyyətli) olmasından və məlumatın qeyri-müəyyənlik dərəcəsindən birbaşa asılıdır. İnsan beyninin qeyri-müəyyənliyə və mənfi hisslərə dözümsüzlüyü xüsusən böhran, müharibə və ya epidemiya dövrlərində pik həddə çatır; belə anlarda rəsmi və ya tutarlı informasiya çatışmayanda insanlar təşvişi azaltmaq və baş verənlərə məntiqi izah tapmaq üçün tapdıqları ilk “cavaba” inanmağa meyil göstərirlər.
Beynin “təsdiqləmə qərəzi” (Confirmation Bias) mexanizmi isə fərdin öz daxili qorxularına, təəssübkeşliklərinə və ya arzularına uyğun gələn şayiələri filtrsiz qəbul etməsinə gətirib çıxarır. Sosial zəncirdə yayılan şayiə hər ötürülmədə detal itirir, daha sadə, lakin daha dramatik və emosional çalarlar qazanır, bu da onun cəmiyyət arasında bir-birinə güvənən insanlar vasitəsilə virus kimi yayılmasını təmin edir.
