İlk futbolu kimlər oynadı?

Müasir dünyanın heyranlığı və maddi maraqlar mubarizəsi futbol oyununun tarixi çox qədimlərə, türk soyuna dayanır.
Min il öncə türklərin ayaqla oynadıqları “təpmək” adı verilən oyun, futbolun ilk yaranışı olub. Oyunun vacib elementi olan top, qurğuşun və keçi qəzilindən hazırlanırdı. Öncə qurğuşun əridilir, taxtadan hazırlanan qəlibin içərisinə tökülürdü. Üzəri keçi qəzilindən hazırlanan iplər ilə sarılaraq, top halına gətirilirdi.
Türklərin təpik adlandırdığı oyun barədə XI əsrdə yaşamış tarixçi Mahmud Kaşğarlı “Divanı Lüğət ” əsərində bəhs etmişdi. Sonradan Asiyaya, Avropaya, nəhayət okeanın o tayı, Amerika qitəsində yayılan oyunun günümüzün futboluna çevrildi.
Tarixə nəzər saldıqda, neçə böyük bir millət olmağımızın qüruru ilə nə qədər fəxr etsən haqqımız var.
Tərifə Şükürqızı
