Haqqımızda Reklam Əlaqə
160×600
160×600

İlk 7 saniyənin gücü: Qarşı tərəfi sözsüz necə ələ almaq olar?

22 İyul 2026, 09:45 Özəl
728×90

Biz hələ bir kəlmə belə demədən, qarşımızdakı insan bizim haqqımızda artıq hər hansı bir fikir formalaşdırır.

Tədqiqatlar göstərir ki, gündəlik ünsiyyətimizin 60%-dən çoxunu sözlər yox, bədən dili təşkil edir. Bəs dediklərimizlə göstərdiklərimizin üst-üstə düşməsi üçün nəyə diqqət etməliyik?

  1. Göz-gözə gəlməkdən qorxma, baxışlarınla da “yorma”

Qarşınızdakı insanın gözünə baxmaq cəsarət və səmimiyyət göstəricisidir. Lakin burda incə bir xətt var;

Həddindən artıq baxış — təhdid və ya təzyiq kimi qəbul edilə bilər.

Qaçırılan baxışlar isə- özünə inamsızlıq və ya bir şeyi gizlətmək təəssüratı yaradır.

Bəs qızıl qayda nədir?

Sən demə qaydaya əsasən ünsiyyətin təxminən 60-70%-də rahat göz təması saxlamaq ən təbii balansdır.

2.  Açıq duruş – “Sənə inanıram və mənə güvən”

Əlləri sinədə çarpazlamaq və ya tərəf müqabilindən kənara tərəf çevrilmək şüuraltı olaraq müdafiə mövqeyi siqnalı verir. Əllərinizi görünən yerdə saxlayın (məsələn, masanın üzərində), bədəninizi həmsöhbətinizə tərəf yönəldin. Bu, qarşı tərəfə “mən buradayam və səni dinləyirəm” mesajını ötürür.

3. Güzgü effekti

İnsanlar özlərinə bənzəyən şəxslərə daha tez inanırlar. Həmsöhbətinizin bədən dilini, səs tonunu və ya jestlərini çox təbii və hiss etdirmədən təkrarlamaq (məsələn, o qəhvəsindən bir qurtum alanda sizin də almağınız) aranızdakı emosional bağı sürətlə gücləndirir.

4. Təbəssümün sirləri

Məcburi gülümsəmə ilə səmimi gülümsəmə arasındakı fərqi göz ətrafındakı xırda qırışlar müəyyən edir. Səmimi bir təbəssüm qarşı tərəfin müdafiə divarlarını anında endirən ən güclü ünsiyyət açarıdır.

Bütün bunlar “Bədən dili” elminin nəticələridir.

Mən isə düşünürəm ki, ən gözəl bədən dili – elə özün kimi səmimi olmaqdır. Çünki, daxilindəki rahatlıq və xoş niyyət onsuz da baxışlarına, duruşuna və təbəssümünə anında yansıyacaq.

 

Şəhla İlkay

728×90
Paylaş: