İki ay əvvəl Həkəri çayında batan şəxsin meyiti tapıldı

Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti tapılıb.
Məlumata görə, axtarış-xilasetmə tədbirləri nəticəsində Nuşirəvan Həsənovun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, N.Həsənov iyulun 4-də Həkəri çayında batmışdı.
Faktla bağlı araşdırma aparılır.
