Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Hər kəsin gözündən qaçan o detal: əslində nə baş verib?

07 İyul 2026, 09:00 Sosial
REKLAM728×90

Kimsəyə sirr deyil ki, bu gün Azərbaycanda təhsil sistemi 12 ballıq zəlzələnin nəticələri qədər acınacaqlıdır. Hərçənd bu barədə çox yazılır, çox tənqid olunur, di gəl gör ki, “dəyirman öz işində, çax -çax baş ağrıdır”.

Biz təkrar olaraq eyni mövzu ilə sizləri yormaq istəmirik. Bu dəfə sizlərlə kimsənin bəhs etmədiyi, günümüzün acı həqiqəti olan, həssas təbəqədən olan körpələrimiz və onlara olan biganə münasibətdən bəhs etmək istəyirik.
Təəssüflə qeyd edək ki, son 15-20 il ərzində doğulan körpələrin çox böyük bir faizi AUTİZM, DAON sindiromlu, epileptik, laqapedik və. s xəstəliklərlə doğulurlar.

Kimsəyə sirr deyil ki, sadaladığımız tipdən olan xəstəliklərin müalicəsi yoxdur. Lakin o insanları qədərinə tərk etmək də vicdansizlıqdir. Xüsusiylə elə bir övladı olan gənc ailənin büsbütün həyat sevinci məhv olur. Övladlarına zəruri vərdişləri öyrətmək üçün üz tuturlar xüsusi məktəblərə. Xüsusi məktəblərin sahibləri də əllərinə düşən fürsətdən acgözlüklə istifadə edirlər. Övladının belə bir məktəbdə təhsil alması üçün ən ucuz xidmət zərfi aylıq 400 manatdan başlayır. Bu məbləğ çox zaman ailələrin büdcəsinə uyğun gəlmir. Nəticədə elə uşaqlar cəmiyyətdən təcrid olunmurlar.

Təhsil nazirliyi bəhs etdiyimiz acı gerçəklikləri bizdən daha yaxşı bilir. Bildiyi halda belə, əməli iş görməyi düşünmür.
Bu yazıdan sonra bəzi agzigoycəklər “inklüziv təhsil sistemi yaradılıb” . 3, 11, 268 saylı xüsusi məktəblər məhz elə uşaqlar üçün nəzərdə tutulub kimi müdafiə sistemi quracaqlar.

Bəhs etdiyimiz məktəb müəllimlərini bu və ya başqa bəhanələrlə ixtisar edilməsi, fiziki qüsurlu uşaqların futbol topu kimi, oradan oraya, buradan buraya göndərməklə, yollarda əldən salmaq barədə susacaqlar.

Ani nəzər etdikdə, Bakının hər addımında, tinində özəl uşaq bağçaları qanunsuz şəkildə fəaliyyət göstərirlər. Adını isə məktəbə qədər təhsil müəssisəsi deyə örtük salırlar. Məgər olmaz ki, o müəssisələrin fəaliyyətinə göz yuman Təhsil nazirliyi, belə uşaqlar üçün uşaq bağçaları yaratsın?
Olmaya istəyimiz çox oldu?

Tərifə Şükürqızı

REKLAM728×90
Paylaş: