Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ginekoloji təcrübədə ultrasəs müayinəsinin rolu

28 Avqust 2026, 13:00 Özəl
728×90

Faktum.az xəbər verir ki, müasir ginekoloji praktikada çanaq üzvlərinin ultrasəs müayinəsi (USM) qadın cinsiyyət sisteminin vəziyyətini qiymətləndirmək və müxtəlif patologiyaları vaxında aşkar etmək üçün ən əlçatan, təhlükəsiz və informativ üsullardan biridir. Bu müayinə üsulu radiasiya şüalanması ehtiva etmədiyi üçün qadın orqanizmi üçün tamamilə zərərsizdir və zərurət yarandıqda dəfələrlə təkrar oluna bilər.

Ginekoloji USM əsasən iki metodla – transabdominal (qarın divarından) və transvaginal (uşaqlıq yolundan) olaraq həyata keçirilir. Transabdominal müayinə daha çox bakirə qadınlarda və ya böyük həcmli törəmələrin ümumi sərhədlərini görmək üçün tətbiq edilir. Transvaginal ultrasəs müayinəsi isə daha yüksək tezlikli dalğalardan istifadə etdiyi və sensora daha yaxın məsafədə yerləşdiyi üçün uşaqlığın, yumurtalıqların və uşaqlıq borularının incə strukturunu yüksək dəqiqliklə vizuallaşdırmağa imkan verir.

Bu muayinə vasitəsilə qadınlarda ən çox təsadüf olunan yumurtalıq kistaları, uşaqlığın miomaları, poliplər, hiperplaziyalar və iltihabi proseslər erkən mərhələdə müəyyən edilir. Eyni zamanda, sonsuzluğun səbəblərinin araşdırılmasında, yumurtalıq folikulunun inkişafının izlənməsində və uşaqlıqdan kənar hamiləliyin təyin olunmasında USM həlledici rol oynayır. Müntəzəm aparılan ginekoloji ultrasəs müayinəsi reproduktiv sağlamlığın qorunmasının vacib şərtlərindəndir.

728×90
Paylaş: