“Fənərbağça” bu gün “Roma”nı qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun sonuncu oyunları keçiriləcək.
Faktum.az xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma baş tutacaq.
Türkiyənin “Fənərbağça” klubu İtaliyanın “Roma” komandası ilə, Niderlandın PSV-si Ukraynanın “Şaxtyor”u ilə qarşılaşacaq. Həmçinin Almaniya “Bavariya”sı Norveçin “Budyo-Qlimt”ini, İtaliyanın “Komo”su Almaniyanın “Leypsiq”ini, Çexiyanın “Slaviya”sı isə Fransanın “Lans”ını sınağa çəkəcək.
