Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Əri cəsədindən belə pul qazandı

20 Avqust 2026, 15:30 Dünya
728×90

O dünyaya qadın üçün çox qorxunc hesab olunan xəstəliklə gəldi. Həkimlər anadangəlmə hipertrixoz və gingival hiperplaziya ( bədənin və üzün qalın tüklərlə örtülməsi) diaqnozunu qoydu. Eyni zamanda ağız və çənə quruluşu qeyri-adi şəkildə önə doğru çıxmışdı.
1834-cu ildə Meksikada dünya qədər Hülya(Xuliya) Pastrananı dünya “Ayı qadın” və ya “Meymun qadın” kimi tanıdı.
Ona bu acı “şöhrəti” başqası deyil, əri yaşatdı. Hülyanın həyat yoldaşı Teodor Lent, qadının qeyri adi görüntüsündən sərmayə qazanmaq məqsədilə onu sərgiləməyə başladı.
Hülyanın xarici görüntüsünün tam əksi olaraq menso-saprana səsə sahib idi. Bir neçə xarici dillərdə danışırdı. Gözəl rəqs edirdi.
Qadının qürurunu, ləyaqətini hecə sayan əri Teodor Lent, onu Meksikadan çox uzaqlara, dünya turuna çıxardıb,insanlar önündə nümayiş etdirir, istedadından böyük sərmayə qazandırdı. Avropa insanı Hülyanı qəddarca alçaldıb, əyləndi. Qadın mənəvi, psixoloji, fiziki istismara məruz buraxıldı.
1960-cı ildə, Moskvada belə bir sərgi səfəri zamanı, hamilə olan Hülyanın doğuş sancıları başlayır. Qadın xəstəxanaya çatdırılsa da xilas ola bilmir. Doğuşdan 35 saat sonra, anasının xəstəliyi ilə doğulan körpə də həyatını itirir.
Teodor qadınını və övladını dəfn etmək yerinə cəsədini mumyalayaraq, sərgilərdə nümayiş etdirdi. Bununla da yetməyib, Hülya kimi tüklü bir qadınla təkrar evlənərək, “Hülyanın bacısı” yalanı ilə davam etdi.
Hülyanın nəşi isə 153 il sərgi eksponatı kimi nümayiş olunub, sonra nəmli zirzəmilərdə gəmiricilər tərəfindən didildi.
Nəhayət uzun məhkəmə çəkişmələrindən sonra1913-cü ildə cəsəd Norveçdən vətəni Meksikaya gətirilərək, torpağa verildi.
Hülyanın həyat hekayəsi sübut edir ki, insanın cismən çirkin olması qorxunc deyil. Mənəviyyatın eybəcərliyinə heç bir çarə tapılmır. Teodor Lent kimi.


Tərifə Şükürqızı

728×90
Paylaş: