Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Dünyanı yox olmaqdan xilas etdi

21 Oktyabr 2026, 09:45 Dünya
728×90

Soyuq müharibə illərində SSRİ ilə ABŞ arasında hər an başlama təhlükəsi olan nüvə müharibəsi, onun iki dodağı arasından çıxan qərar ilə sonlandı.

1983-cü il 26 sentyabr tarixində SSRİ-nin raket hücumundan müdafiə sistemi həyəcan siqnalı verdi. Ekranlar Amerikanın 5 ballistik raketi SSRİ üzərinə yönləndirdiyini göstərirdi. O gecə növbədə olan hərbiçi general-leytenant Stanislav Petrov idi.

Protokol qaydalarına əsasən, Petrov dərhal Mərkəzi Komitəyə məlumat verməli və əks-hücuma başlamaq üçün əmr gözləməli idi. O, bunun kompüter xətası olduğunu düşünüb gözlədi. Fəhmi və təcrübəsinə güvənərək məntiqli qərar verdi. Məntiqinin mərkəzində dayanan əsas cəhət, Amerikanın 5 raketlə hücum etməməsi idi. Hücum zamanı xeyli raketin olması gərəkdi.

Məntiqi onu yanıltmadı. Mərkəzə yalançı siqnal olduğu barədə məlumat verdi. Bir neçə dəqiqədən sonra ekranlar heç bir raket hücumunun olmadığını; peykin, günəş şüalarının yüksək buludlar arxasından nadir əks olunan görüntüsünü raket hücumu olaraq qeyd etdiyini məlum etdi.

Stanislav Petrovun qərarı dövlətin xoşuna gəlmədi. O, hərbi təlimatları pozması səbəbilə cəzalandırıldı. Hərbi rütbəsi qaldırılmadı. Qısa bir vaxtdan sonra hərbidən uzaqlaşdırıldı.

Sovet İttifaqının dağılmasından sonra, 1990-cı ildə hadisə bütün təfərrüatı ilə dünya ictimaiyyətinə çatdı. 2006-cı ildə BMT-nin Nyu-York qərargahında Petrov “Nüvə müharibəsinin qarşısını alan insan” mükafatı ilə təltif olundu. Ardından Almaniya “Drezden mükafatı”na layiq gördü. Stanislav Petrovun həyat hekayəsini anladan sənədli film ərsəyə gəldi.

Petrov insan övladına bir daha sübut etdi ki, emosiyalar üzərindən düşünülməmiş verilən qərarlar geri dönüşü olmayacaq faciələrə yol aça bilər. İnsanın ən böyük gücü təmkini və soyuq başla verdiyi məntiqli qərarıdır.

Stanislav Petrov başına gələcəkləri bildiyi halda, təmkini pozmadan aldığı qərarı ilə özünü deyil, dünyanı xilas etdi.

Tərifə Şükürqızı

 

728×90
Paylaş: