Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Dron hücumunda həlak olan azərbaycanlının nəşi ölkəyə gətiriləcək

28 Sentyabr 2026, 13:05 Hadisə
728×90

“Dünən 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub”.

Faktum.az   xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşıb.

728×90
Paylaş: