Dilənçi dəstəsini çökdürdü, özləri dilənçi oldu

Türkiyənin Kayseri vilayətində ,dünya tarixində görünməmiş vəzifə “yüksəlişi” yaşanmışdır.
Polislər dilənçi dəstəsini ifşa etmək üçün, günlərcə dilənçi geyimində dilənirlər. Nəhayət dəstənin kökünü araşdırıb, məhv edirlər. Lakin polislər yenidən öz vəzifələrinə qayıtmaqdan imtina edirlər. Səbəb isə, dilənçiliyin, polislikdən daha çox qazanclı olduğunu əsas gətirib, vəzifəyə əlvida deyirlər.
Bu yerdə qədim bir hekayəni xatırladıq.
Şahın 3 qızı vardı. Böyük və ortancıl qızlar, əsili-nəcabətli ailələrin oğullar ilə evlənirlər. Kiçik qız isə, israrla çəmənlikdə çadır qurub yaşayan gənc qaraçı oğlanla evlənəciyini bildirir. Qızının seçimi səbəbilə övladını rədd edən şah ata, uzun illərdən sonra qızı ilə qarşılaşır və dilənçilik etdiyini görür. Şah qızından:-” bunu necə bacardın” deyə soruşur. Qız, “İlk qapını döydüyüm zaman başımdan ayağıma doğru, sanki isti bir maye axıb getdi. Sonra hər şey adiləşdi”, cavabını verir.
Şah qızına:-
” Vay olsun. O sənin şəni-həyan idi ki, axıb gedib”.deyə cavab verir.
Unutmaq olmaz ki, həyatda nəyəsə sahib olmaq üçün, nələrisə qurban verməlisən. Nəfsə uyub yalnış seçim edildikdə, zaman gəlir, seçdiyiniz utancınız olur.
Seçimə diqqət edin ki, qazandığınız daha dəyərlidir ya qurban etdiyiniz?

Tərifə Şükürqızı.
