Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik

26 Avqust 2026, 09:22 Özəl
728×90

Faktum.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Əliyeva illərdir ölkəmizin ictimai-siyasi, mədəni və sosial həyatında müstəsna xidmətləri ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı humanitar layihələr, təhsil, səhiyyə və mədəniyyət sahələrinə göstərilən diqqət, eləcə də milli-mənəvi dəyərlərimizin dünyada təbliği istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da gücləndirir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası, tarixi və dini abidələrimizin dirçəldilməsi istiqamətindəki yorulmaz fəaliyyəti Mehriban Əliyevanın dövlətimizə və xalqımıza olan dərin sevgisinin parlaq təzahürüdür.

Faktum.az kollektivi adından Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə samimi qəlbdən təbrik edir, ona möhkəm sağlamlıq, uzun ömür və Vətənimizin çiçəklənməsi naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

728×90
Paylaş: