Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bildenberq toplantısı nəyə xidmət edir?

09 Oktyabr 2026, 10:00 Özəl
728×90

Faktum.az xəbər verir ki, əsası 1954-cü ildə Niderland şahzadəsi Bernhard və Polşa mühacir siyasətçisi Jozef Retinger tərəfindən qoyulan Bilderberq toplantısı ilk dəfə Niderlandın Oosterbeek şəhərində yerləşən “Bilderberg” otelində baş tutmuşdur.

Yarandığı zaman gündəlikdə duran əsas məsələlər bunlar idi:

  • Kommunizmə və SSRİ-yə münasibət

  • Avropanın inteqrasiyası

  • Avropa Müdafiə Birliyi

  • İqtisadi-siyasi münasibətlər

  • Xarici dövlətlərdəki müstəmləkə əraziləri və yerli xalqlara münasibət

Toplantı Qərbi Avropa, Şimali Amerika və Kanada arasında strateji əlaqələrin qurulmasına xidmət etmək üçün nəzərdə tutulmuşdu. O dövr dünyanın iki nəhəng dövləti — ABŞ ilə SSRİ arasında Soyuq müharibə gedirdi. Dövrün tələbinə görə, sovet rejiminə qarşı Bilderberq toplantısının mahiyyəti tamamilə başa düşülən idi.

Sonradan isə məqsəd dəyişdi: 135 seçilmiş insanın dəvətli iştirakı ilə dünyanın gələcəyi planlı şəkildə formalaşdırılmağa başlandı.

Müzakirələr zamanı heç bir rəsmi sənədləşmə aparılmır, rəsmi qərar qəbul olunmur, audio və video çəkilişlərə icazə verilmir. Toplantıda Şərqi Avropa, Asiya, Cənubi Amerika və Afrikanın — bir sözlə, dünyanın siyasi mənzərəsi müzakirə olunur. Lakin maraqlıdır ki, müzakirə obyekti olan ölkələrin nümayəndələri çox vaxt bu toplantılara dəvət olunmurlar.

Bilderberq toplantısının əsas diqqət çəkən məqamı ondan ibarətdir ki, bura dəvət olunan şəxslər sonradan prezident, baş nazir, mərkəzi bank rəhbəri və ya beynəlxalq təşkilatların sədri olurlar. Söylədiyimiz fikrə sübut olaraq aşağıdakı siyahını təqdim edirik:

  1. Bill Clinton (ABŞ-ın keçmiş prezidenti)

  2. Gordon Brown (Böyük Britaniyanın keçmiş baş naziri)

  3. Tony Blair (Böyük Britaniyanın keçmiş baş naziri)

  4. Wim Kok (Niderlandın keçmiş baş naziri)

  5. José Manuel Barroso (Avropa Komissiyasının keçmiş sədri)

  6. Mario Draghi (İtaliyanın keçmiş baş naziri və ECB rəhbəri)

  7. George Papandreou (Yunanıstanın keçmiş baş naziri)

  8. Jean-Claude Trichet (Avropa Mərkəzi Bankının keçmiş rəhbəri)

Düşünməmək mümkün deyil ki, prezidentlərin, nazirlərin, bankirlərin və nüfuzlu təşkilat sədrlərinin seçiminin pərdə arxasında Bilderberq toplantısı dayanır.

Bilderberq toplantısının 9–12 aprel 2026-cı il tarixində keçirilən sonuncu iclasında 13-dən çox mühüm mövzu müzakirəyə çıxarıldı:

  • Süni İntellekt

  • Arktikada təhlükəsizlik

  • Çin

  • Rəqəmsal maliyyə

  • Enerji diversifikasiyası

  • Qlobal ticarət

  • Yaxın Şərq

  • Rusiya

  • Transatlantik müdafiə-sənaye münasibətləri

  • Ukrayna

  • ABŞ

  • Müharibənin gələcəyi

  • Qərb

Dəvət olunanlar siyahısına nəzər salaq: NATO-nun baş katibi Mark Rutte, ABŞ ordusunun katibi Daniel Driskill, Ukrayna prezidentinin strateji məsələlər üzrə müşaviri Aleksandr Kamışin, ABŞ-ın Hind-Sakit okean komandanlığının rəhbəri Samuel Paparo, Böyük Britaniyanın MI6 rəhbəri, “Palantir” rəhbəri Alex Karp, “Google DeepMind”ın rəhbəri Demis Hassabis dəvət alanlar arasında yer tutur.

Builki toplantıda Türkiyə nümayəndələrinin dəvət olunması xüsusi diqqət çəkir. İştirakçılar arasında Ali Koç, Murat Özyeğin, Mehmet Tara və Feridun Sinirlioğlu yer alıb. Digər tərəfdən isə adlarını sadaladığımız şəxslərin Qərbin iqtisadi-siyasi sferası ilə sıx bağlı olduğu məlumdur.

Yəni, hər bir halda 135 insanın arasında yer alan hər kəs xüsusi missiya üçün seçilmişdir desək, yanılmarıq.

Toxunduğumuz mövzu olduqca dərin və siyasi əhəmiyyət kəsb edir. Belə şaxəli bir mövzunu kiçik bir yazıya sığışdırmaq mümkün deyil. Biz sadəcə Bilderberq toplantısının annotasiyası ilə oxucumuzu tanış etdik. Maariflənmək isə sizdən asılıdır.

Müəllif: Tərifə Şükürqızı

728×90
Paylaş: