Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bakı-Sumqayıt qatar reyslərinin sayı növbəti dəfə artırılır

16 Sentyabr 2026, 19:07 Cəmiyyət
728×90

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.

Faktum.az  xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Yenilənmiş hərəkət cədvəlinə əsasən, 17 sentyabrdan həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq. Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək. Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

728×90
Paylaş: