Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ağılın oyunu, zəkanın uğuru

20 İyul 2026, 10:51 İdman
728×90

Beynəlxalq Şahmat günü

Hər il iyulun 20-si bütün dünyada Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. 1924-cü ilin bu günü Parisdə Beynəlxalq Şahmat Federasiyası (FİDE) təsis edildi. 1966-cı ildən isə YUNESKO-nun təşəbbüsü ilə 20 iyul dünyada Beynəlxalq Şahmat günü kimi qeyd olunur.
Şahmat sadəcə bir oyun deyil, həm də beyinin, zəkanın və intellektin dinamikasıdır.
Şahmatın kökləri çox qədimlərə gedib çıxır. Bir çox nəzəriyyələr bu oyunun Hindistan, Çin, Rusiya və Mərkəzi Asiyada yarandığını irəli sürsə də, ən məşhur nəzəriyyəyə görə, o, təxminən 1500 il əvvəl Hindistanda “çaturanga” adlı döyüş oyunundan yaranıb. Daha sonra fars, Bizans və ərəb imperiyaları vasitəsilə Avropaya yayılıb.
Şahmat uşaqlarda diqqəti cəmləməyə, məntiqi və abstrakt təfəkkürü inkişaf etdirməyə, planlama və qərar qəbul etmə bacarıqlarını gücləndirməyə kömək edir. Həmçinin, uşaqlarda səbirlilik, dözümlülük və özünütənqid hisslərini formalaşdırır. Məhz bu səbəbdən də şahmatın təhsil proqramlarına daxil edilməsi bir çox ölkələrdə dəstəklənir.
Azərbaycanda da şahmatın böyük bir tarixi və inkişaf yolu var. Ölkəmizdə şahmatın təxminən V-VI əsrlərdə yarandığı güman edilir. Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi dahilər öz əsərlərində şahmatdan bəhs etmişlər. XX əsrin 70-ci illərindən etibarən isə Azərbaycanda şahmat dövlət səviyyəsində dəstəklənərək inkişaf etdirilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şahmat məktəbləri tikilmiş, istedadlı şahmatçılar nəsli yetişmişdir. Bu gün də Azərbaycan şahmatçıları beynəlxalq arenalarda böyük nailiyyətlər qazanır, ölkəmizi layiqincə təmsil edirlər.

Beynəlxalq Şahmat gününüz mübarək!
Həyat yolunuz hər zaman Şah kimi qətiyyətli, oyunlarınız isə uğura doğru olsun!

Şəhla İlkay

728×90
Paylaş: