Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bilik və təcrübə mübadiləsi Azərbaycan-Vyetnam dostluğunun yeni istiqamətidir

22 Noyabr 2026, 14:26 Siyasət
728×90

Bilik və təcrübə mübadiləsi Azərbaycan-Vyetnam dostluğunun yeni istiqamətidir

 

Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətləri uzun illərin sınağından keçərək bu gün yeni əməkdaşlıq imkanları ilə zənginləşir. Əvvəllər əsasən tarixi dostluq və qarşılıqlı hörmət üzərində qurulan əlaqələr hazırda elm, təhsil, xeyriyyəçilik və mədəniyyət sahələrində də genişlənir. Bu əməkdaşlığın əsas məqsədi xalqların bir-birini daha yaxından tanıması, bilik və təcrübə mübadiləsinin aparılması, gələcək nəsillər üçün yeni imkanların yaradılmasıdır. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə bu məsələlərə xüsusi diqqət yetirilib. Dövlət başçısı bildirib ki, xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Bu fikir iki ölkə arasında münasibətlərin yalnız bugünkü ehtiyaclara deyil, həm də gələcək inkişaf perspektivlərinə hesablandığını göstərir.

Azərbaycan-Vyetnam təhsil əlaqələrinin maraqlı tarixi var. Hələ sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. Onlar ölkəmizin ali məktəblərində müxtəlif ixtisaslara yiyələnərək sonradan qazandıqları bilik və təcrübəni öz vətənlərində tətbiq ediblər. Bu məzunlar iki ölkə arasında dostluğun qorunmasında və inkişafında xüsusi rol oynayıblar. Təhsil əlaqələrinin belə zəngin tarixə malik olması təsadüfi deyil. Azərbaycan müxtəlif ölkələrdən olan tələbələr üçün həmişə elm və bilik məkanı kimi tanınıb. Vyetnamlı tələbələrin ölkəmizdə təhsil alması isə Azərbaycanla Vyetnam arasında uzunmüddətli mənəvi və peşəkar əlaqələrin yaranmasına şərait yaradıb.

Bu gün həmin ənənənin davam etdirilməsi üçün yeni imkanlar mövcuddur. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, hər iki ölkənin aparıcı universitetləri arasında tərəfdaşlıq müqavilələri və memorandumlar imzalanıb. Bu sənədlər universitetlər arasında əlaqələrin genişləndirilməsi, müəllim və tələbə mübadiləsi, elmi araşdırmaların aparılması və birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaradır. Əməkdaşlığın diqqət çəkən istiqamətlərindən biri də təhsil qrantlarıdır. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər. Bu imkan gənclərin Azərbaycan universitetlərində bilik əldə etməsinə, müasir ixtisaslara yiyələnməsinə və gələcəkdə öz ölkələrinin inkişafına töhfə verməsinə şərait yaradır.

Elm və təhsil sahəsində əməkdaşlıq yalnız diplom almaq və ya universitetlər arasında sənəd imzalamaqla məhdudlaşmır. Əsas məsələ əldə olunan biliklərin real həyatda tətbiqidir. Müasir dövrdə texnologiya, energetika, sənaye, kənd təsərrüfatı və informasiya sahələrində təcrübə mübadiləsi hər iki ölkə üçün faydalı ola bilər. Azərbaycan və Vyetnamın bu istiqamətlərdə birgə fəaliyyət göstərməsi yeni elmi və iqtisadi imkanlar yarada bilər.

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycan bu ölkə ilə əməkdaşlığın bütün istiqamətlərində yeni imkanların yaradılmasında maraqlıdır. Xüsusilə gənclərin təhsili, universitetlər arasında elmi əlaqələr və birgə humanitar layihələr gələcək münasibətlərin inkişafında mühüm rol oynaya bilər.

Nəticə etibarilə, Azərbaycan-Vyetnam əməkdaşlığında xeyriyyəçilik, elm və təhsil bir-birini tamamlayan istiqamətlərdir. Xeyriyyə layihələri insanların həyatına müsbət təsir göstərir, təhsil gənclərə yeni imkanlar açır, elmi əməkdaşlıq isə ölkələrin inkişafına xidmət edir. Bu sahələrdə görülən işlər iki xalq arasında dostluğun gələcək nəsillərə ötürülməsinə kömək edir.

 

Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Səlim Zeynalov

728×90
Paylaş: