Vəkil Kamran Məmmədov: “Vəkillik yalnız hüquqları müdafiə etmək deyil, insanın ən çətin anında yanında olmaqdır”

Həyatda elə məqamlar var ki, insanın atacağı bir addım, verəcəyi bir qərar və ya vaxtında alacağı düzgün məsləhət onun gələcəyini müəyyənləşdirə bilər. Məhz belə anlarda hüququn gücü, qanunun aliliyi və peşəkar vəkil dəstəyinin əhəmiyyəti özünü daha aydın göstərir. Çünki vəkillik yalnız qanunları bilmək, hüquqi sənədlər hazırlamaq və məhkəmə proseslərində iştirak etməkdən ibarət deyil. Bu peşə həm də etimad qazanmaq, məsuliyyət daşımaq, ədalət uğrunda mübarizə aparmaq və bəzən bir insanın ən çətin günündə ona dayaq olmaq deməkdir.
Bu məsuliyyətli yol isə yalnız hüquqi bilik deyil, həm də prinsipial xarakter, səbir, dürüstlük və güclü iradə tələb edir. 2016-cı ildən hüquq sahəsində və daha sonra vəkil kimi fəaliyyət göstərən Kamran Məmmədov üçün də peşə fəaliyyətinin təməlində məhz bu dəyərlər dayanır. O, hər bir hüquqi məsələyə fərdi yanaşmağı, müraciət edən şəxslərə real vəziyyəti olduğu kimi izah etməyi və onların hüquqlarını qanun çərçivəsində müdafiə etməyi əsas prinsip hesab edir.
Bəs vəkillik onun üçün sadəcə seçilmiş bir peşədir, yoxsa zamanla həyat tərzinə çevrilən bir missiya? Onu bu sahəyə gətirən səbəblər, peşə fəaliyyətində rəhbər tutduğu prinsiplər və hüquqi problemlərlə üzləşən vətəndaşlara tövsiyələri nələrdir?
Bu və digər suallar ətrafında vəkil Kamran Məmmədovla səmimi söhbət etdik. Müsahibəni təqdim edirik!

– Kamran bəy, necə oldu ki, bu sahəyə gəldiniz?
– Hüquq sahəsinə marağım və insanlara çətin vəziyyətlərdə dəstək olmaq istəyim məni vəkilliyə gətirdi. Zamanla anladım ki, bu peşə həm xarakterimə, həm də düşüncə tərzimə uyğundur.
– Neçə ildir ki, bu sahədəsiniz?
– 2016-cı ildən hüquq sahəsindəyəm. İlk illərdə vəkil köməkçisi kimi çalışaraq bu peşənin incəliklərini öyrənmiş, praktiki təcrübə qazanmışam. Daha sonra qazandığım bilik və təcrübəyə əsaslanaraq vəkil kimi fəaliyyətimi davam etdirmişəm.
– Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
– Mülki, ailə, inzibati və cinayət hüququ üzrə müxtəlif hüquqi məsələlərlə məşğul oluram. Müraciət edən şəxslərin hüquqi məsləhətlərlə təmin edilməsi, məhkəmələrdə təmsil olunması, iddia ərizələrinin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması fəaliyyətimin əsas istiqamətlərindəndir.
– İş prinsipiniz nədən ibarətdir?
– İş prinsipim dürüstlük, məsuliyyət və peşəkarlıq üzərində qurulub. İlk növbədə, müraciət edən şəxsi diqqətlə dinləyirəm, məsələnin hüquqi tərəflərini araşdırıram və real vəziyyəti olduğu kimi izah edirəm.
Müraciət edən şəxsin yalnız eşitmək istədiyi sözləri deyil, bilməli olduğu həqiqətləri deməyi vacib hesab edirəm. Çünki hüquqi münasibətlərdə düzgün qərar vermək üçün ilk növbədə vəziyyəti düzgün qiymətləndirmək lazımdır.
– Bir vəkil olaraq nəyə “yox” deyirsiniz?
– Qanunsuzluğa, qeyri-dürüstlüyə və hüquqdan sui-istifadəyə “yox” deyirəm.
Həmçinin, vətəndaşlara əsassız vədlər verməyi düzgün hesab etmirəm. Heç bir vəkil məhkəmənin qərarına əvvəlcədən zəmanət verə bilməz. Mənim üçün əsas olan vətəndaşa real vəziyyəti izah edərək onun hüquqlarını qanun çərçivəsində müdafiə etməkdir.
– Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
– Son zamanlarda daha çox əmlak mübahisələri, borc məsələləri, banklarla yaranan hüquqi problemlər, ailə münasibətləri və inzibati qərarlardan şikayətlərlə bağlı müraciətlər olur.
Bununla yanaşı, insanlar bəzən hüquqi problem yaranandan sonra deyil, yaranmazdan əvvəl də məsləhət almağa başlayırlar. Bu, müsbət tendensiyadır. Çünki vaxtında alınan hüquqi məsləhət bir çox hallarda gələcək problemlərin qarşısını ala bilər.
– Üstünlüyünüz və fərqiniz nədədir?
– Düşünürəm ki, əsas üstünlüyüm məsələlərə yalnız hüquqi baxımdan deyil, həm də praktiki yanaşmağı bacarmağımdır.
Hər bir işə fərdi yanaşıram. Mənim üçün müraciət edən şəxsin məsələsi sadəcə növbəti hüquqi iş deyil. Onun arxasında insanın həyatına, ailəsinə, əmlakına və gələcəyinə təsir edən məsələlər dayanır.
-Xarakter olaraq necə birisiniz?
– Xaraktercə prinsipial və məqsədyönlü insanam. İnsanlarla münasibətdə səmimiyyətə və qarşılıqlı hörmətə önəm verirəm.
İş məsələlərində isə kifayət qədər tələbkaram. Başladığım işi sona qədər aparmağa və üzərimə götürdüyüm məsuliyyəti yerinə yetirməyə çalışıram.
Bəzən bu xüsusiyyətim gündəlik həyatda da özünü göstərir.
– Oxuculara nə məsləhət görürsünüz?
– İlk növbədə, hüquqlarınızı bilin və hüquqi məsələlərə laqeyd yanaşmayın.
Hər hansı sənədi imzalamazdan, əmlakla bağlı qərar verməzdən və ya hüquqi öhdəlik götürməzdən əvvəl onun nəticələrini düşünün. Problem yarandıqda isə gecikmədən hüquqi məsləhət alın.
– “Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki…”
Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki, vəkillik insanın həyatının bu qədər böyük bir hissəsinə çevriləcək. Düşünürdüm ki, bu, sadəcə bir peşədir. Amma zaman keçdikcə anladım ki, bu sahə tək hüquqi biliklərdən ibarət deyil. Bu, insanlarla münasibət, məsuliyyət, səbir, bəzən də onların həyatındakı ən çətin anlarda yanında olmaq deməkdir.
Heç düşünməzdim ki, bir gün hansısa insanın hüquqlarını müdafiə edərkən onun yaşadığı narahatlığı özüm də hiss edəcəyəm və bir işin nəticəsi mənim üçün də şəxsi əhəmiyyət daşıyacaq.
Bəzən bir işdə əldə olunan nəticə sadəcə hüquqi uğur deyil, bir insanın həyatında yeni bir başlanğıc deməkdir. Bu isə vəkilliyin ən dəyərli tərəfidir.
Əlaqə nömrəsi: (050) 150 35 35;
(010) 717 10 20.
