Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Lixtenşteyn – Azərbaycan oyununun hakimləri açıqlandı

11 Noyabr 2026, 13:23 İdman
728×90

UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Faktum.az  xəbər verir ki, D Liqasının qarşılaşması Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Kristo Tohverə Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.

VAR-da Marko Liva, AVAR-da Yuri Frişer əyləşəcək.

Xatırladaq ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

728×90
Paylaş: