Haqqımızda Reklam Əlaqə
160×600
160×600

“Qarabağ”da 100-cü oyun

08 Noyabr 2026, 18:35 İdman
728×90

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam klubunun heyətində 100-cü Premyer Liqa matçına çıxıb.

Faktum.az  PFL-in saytına istinadən xəbər verir ki, onun yubileyi “Turan Tovuz”la ev oyununa təsadüf edib. Misli Premyer Liqasının 11-ci turunda qolkiperin komandası 0:1 hesabı ilə uduzub.

O, “Qarabağ”da 2016/17 mövsümündə debüt edib. Şahrudin 11 mövsümdə 54 qol buraxıb.

Qeyd edək ki, Məhəmədəliyev turnirin tarixində eyni komandada 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.

728×90
Paylaş: