Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Hakim futbolçunu bıçaqladı

04 Noyabr 2026, 11:30 İdman
728×90

Faktum.az xəbər verir ki, futbol sadəcə bir idman növü deyil, dünyanı özünə əsir etmiş nəhəng ehtirasdır. Dünya futbol klublarının qarşılaşmalarında əksər hallarda azarkeşlər arasında gərginliklər yaşanır. Lakin bəhs edəcəyimiz bu dəhşətli hekayədə qarşıdurma azarkeşlər arasında deyil, birbaşa futbol meydançasında – hakim ilə oyunçu arasında baş verdi.

Braziliya futbol mədəniyyəti ilə dünyada hər zaman xüsusi yer tutub. Hər küçədə, hər məhəllədə həvəskar və qeyri-rəsmi futbol komandalarının turnirləri təşkil olunur. Lakin bəhs edəcəyimiz faciə məhz belə həvəskar oyunların birində gerçəkləşdi.

30 iyun 2013-cü ildə Braziliyanın Maranyan ştatının Rio XII bələdiyyəsinin təşkil etdiyi həvəskar turnirin matçlarından biri keçirilirdi. Oyunu 20 yaşlı gənc həvəskar hakim Otavio Jordao da Silva idarə edirdi.

Matç zamanı hakim da Silva 31 yaşlı oyunçu Xosenir dos Şantos Abreuya qırmızı kart göstərdi. Meydanı tərk etməkdən imtina edən oyunçu yumruq zərbəsi ilə hakimə qarşılıq verdi. Gərginliyin zirvəyə çatdığı bu anda hakim da Silva üzərində gəzdirdiyi bıçaqla oyunçuya 8 bıçaq zərbəsi endirdi. Xəstəxanaya aparılan Abreu yolda vəfat etdi.

Bu xəbəri eşidən azarkeşlər bir anda sərt reaksiya verərək futbol meydançasına hücum etdilər. Hakim da Silva azarkeşlər tərəfindən daş-qalaq edilərək öldürüldü. Vəhşət bununla bitmədi; onun cəsədi tikələrə ayrıldı, başı kəsilərək ağaca keçirildi və meydançanın ortasına sancıldı.

Braziliyada baş verən bu şokedici hadisə qısa müddətdə bütün dünyada böyük səs-küyə səbəb oldu.

Nəticə etibarilə, bir anlıq ehtiras və idman azartı uğruna iki gənc insanın həyatı dəhşətli şəkildə sona çatdı. Dünyanın milyardlarla dollar qazandırdığı futbol biznesi isə hər gün milyonlarla insanı özünə bağlamağa davam edir.

Gəlin, siz siz olun, heç bir əyləncəyə və ya oyuna həddindən artıq qapılıb nəzarəti itirəcək qədər aludə olmayın. Unutmayaq ki, heç bir azart insan həyatından dəyərli deyil.

Tərifə Şükürqızı

728×90
Paylaş: