Putin Bakını sabit və etibarlı tərəfdaş adlandırıb, İlham Əliyevlə dialoqdan danışdı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanı bir çox sahələrdə Moskva üçün sabit və etibarlı tərəfdaş adlandırıb.
Faktum.az xəbər verir ki, o həmçinin enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə aktiv dialoqu qeyd edib. Bəyanatlar 27 oktyabrda Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində səsləndirilib.
Putin Bakı ilə əməkdaşlığın vacibliyini vurğulayıb və enerji də daxil olmaqla ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Rusiya və Azərbaycan beynəlxalq enerji əməkdaşlığında iştirak edir və iki ölkə arasında əməkdaşlıqla bağlı məsələlər Qaz İxrac Edən Ölkələr Forumu zamanı müvafiq qurumlarının nümayəndələrinin görüşlərində də müzakirə olunub.
Rusiya Prezidenti həmçinin Rusiyanın Türkiyəyə 30 milyard kubmetrə qədər təbii qaz tədarük etdiyini açıqlayıb.
Qaz İxrac Edən Ölkələr Forumunun sammiti təchizat təhlükəsizliyi, enerji təhlükəsizliyi və qlobal qaz bazarının perspektivləri ilə bağlı müzakirələr fonunda Moskvada keçirilir. Görüşün əsas mövzuları sabit qaz təchizatının təmin edilməsi, ixrac infrastrukturunun inkişaf etdirilməsi və istehsalçı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi olub.
