Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək

22 Oktyabr 2026, 11:59 İdman
728×90

“İnter Mayami”nin futbolçusu Lionel Messi İspaniya kralı VI Felipe və kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub.

Faktum.az   “Marca” nəşrinə istinadla xəbər verir ki, argentinalı hücumçu oktyabrın 23-də İspaniyanın Ovyedo şəhərinə gedərək Asturiya Şahzadəsi mükafatının idman sahəsi üzrə təqdimat mərasimində iştirak edəcək. O, həmçinin məktəblilər, tələbələr və azarkeşlərlə görüşəcək.

Həmin gün axşam Messi kral ailəsi və mükafatın digər laureatları ilə rəsmi şam yeməyinə qatılacaq.

Mükafatın təqdimetmə mərasimi Ovyedodakı “Kampoamor” teatrında keçiriləcək. Bundan sonra ulduz futbolçu ABŞ-yə yola düşərək, MLS çərçivəsində “Nyu-York Red Bulls”la səfər oyunu üçün komandaya qoşulacaq.

728×90
Paylaş: