Erazmın türk düşmənliyi

Roterdamlı Erazm (latınca Desiderius Erasmus Roterodamus, 1466–1536) orta əsr Avropasında humanist alim, filosof, ilahiyyatçı kimi tanınır. Haqqında dastanlara sığmayan təriflər söylənilir. Kimsə onun humanist maskası altındakı qəddar simasından bəhs etmir.
Roterdamlı Erazmun İslama, türkə, ərəbə qarşı olan “tolerant” düşüncələri cəmiyyətdəki mövqeyi ilə qəti şəkildə təzad təşkil edir. Onun düşüncəsində türklər cahil, barbar, mədəniyyətdən, sivilizasiyadan uzaq, xristian dünyası üçün təhlükədir.
Osmanlını Vyana müharibəsindən sonra, 1530-cu ildə qələmə aldığı traktatında bunu açıq şəkildə qeyd edib. Türklərə olan nifrətini latın dilində bu cümlə ilə ifadə edir: “Xristianlığın yaşaması üçün türkə qalib gəlməli, dinin yaşaması üçün dinsizliyi devirməli”.
Məhəmməd peyğəmbər haqqında nalayiq və tənqidi sözlər söyləyir, İslamı hədəf alıb müsəlmanları “yarı xristian” adlandırırdı. Halbuki o dövrdə İslam mədəniyyəti və elmi çox böyük uğurlar əldə edirdi. Türkləri humanizm qarşısında dayanan “vəhşilik” nümunəsi kimi görürdü.
Bu gün Avropanın bir sıra məktəblərində “Erasmus” proqramı adı ilə tələbələrə təqaüd verilir. Erazmun yadellilərə qarşı nifrətinin hüdudsuz olduğunu bildiyimiz halda, şəxsi fikirlərimizlə söyləmək istəyirik ki, “Erasmus” təqaüdləri daha çox siçan tələsindəki pendirə bənzəyir.
Günümüzün ideoloqları, filosofları çalışırlar ki, Erazmun türklər haqqında söylədiyi “xristianlığın yayılması üçün türkü məhv et” ifadəsini fiziki soyqırım olaraq deyil, mədəni, dini, irqi tamamilə aradan qaldırıb türkü xristian etmək kimi sırımağa çalışsınlar. Sən sən ol, ey türk övladı, əsla güvənmə. Unutma ki, zəhəri bal ilə qarışdırıb içirdilər.

Tərifə Şükürqızı
