Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Turan Tovuz” bu gün Bakıda “Fənərbağça” ilə üz-üzə gələcək

03 Oktyabr 2026, 09:49 İdman
728×90

“Turan Tovuz” bu gün Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə yoxlama oyunu keçirəcək.

Faktum.az   xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Matç saat 20:00-da start götürəcək. Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Xatırladaq ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda “Turan” olub. Qərb təmsilçisinin UEFA Kubokundakı (hazırkı UEFA Avropa Liqası) rəqibi isə “Fənərbağça” idi. İstanbul komandası hər iki matçda qalib gəlib – 5:0, 2:0.

728×90
Paylaş: