UEFA-dan “Barselona” ilə bağlı yeni qərar

UEFA “Neqreyra işi” üzrə “Real Madrid”in təqdim etdiyi yeni sənədləri araşdırır.
Faktum.az xəbər verir ki, Madrid klubu iyunda “Barselona”nın bir neçə tituldan məhrum edilməsini tələb edib.
Araşdırma “Barselona”nın 2001–2018-ci illərdə Hakimlər Komitəsinin keçmiş sədr müavini Neqreyraya etdiyi ödənişlərlə bağlıdır. Kluba 2023-cü ildə korrupsiya ittihamı irəli sürülüb.
