Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynlə sabah keçiriləcək oyundan öncə yığmanın heyətindəki zədəli futbolçuların vəziyyətinə aydınlıq gətirib.
Faktum.az xəbər verir ki, mütəxəssis Litva ilə oyundan sonra bir neçə futbolçuda xırda zədələrin olduğunu bildirib:
“Litva ilə oyundan sonra bir neçə futbolçumuzda xırda zədələr oldu. Ümid edirəm ki, bu gün məşqdə hamısı hazır olacaq. Amma Renat Dadaşovu itirmişik. Məlum oldu ki, bu oyunda bizə kömək edə bilməyəcək. Digər futbolçularda da kiçik zədələr var. Amma oynaya bilməyəcək qədər ciddi deyil. Hamı meydana çıxmaq istəyir. Bu da bizi sevindirir”.
Xatırladaq ki, Azərbaycan – Lixtenşteyn matçı oktyabrın 1-də saat 20:00-da start götürəcək.
