Haqqımızda Reklam Əlaqə
160×600
160×600

JEK nə iş görməlidir və nəyə görə pul tələb edə bilər?

23 Sentyabr 2026, 11:00 Özəl
728×90

Mənzil-istismar sahəsi (MİS) –  gündəlik danışıqda JEK dediyimiz qurum – xidmət etdiyi binanın və ona həvalə olunan ərazinin saxlanılması ilə məşğul olur.

İş bölgüsünə və müqaviləsinə görə onun vəzifələrinə bunlar daxil ola bilər:

– Binanın girişinin və xidmət etdiyi həyətin təmizliyini təmin etmək;
– Damın, pilləkənlərin və digər ortaq yerlərin saxlanmasını, təmir işlərini təşkil etmək;
– Zibilin yığılması və daşınmasını həyata keçirmək;
– Ona həvalə edilmiş lift və digər texniki avadanlıqlara xidmətin təşkilini təmin etmək.

Bütün bu işlərə eyni qurum cavabdeh olmaya bilər. Məsələn, liftə ayrıca müəssisə xidmət göstərə bilər. Konkret JEK-in görməli olduğu işlər onun fəaliyyətini müəyyən edən sənədlərdə və xidmət müqaviləsində göstərilməlidir.

MİS binaya göstərdiyi xidmətlərə görə qanuni əsasla ödəniş tələb edə bilər. Özəlləşdirilmiş mənzillərə xidmət müqavilə əsasında göstərilir. Tələb olunan pulun hansı işə görə və necə hesablandığı sakin üçün aydın olmalıdır.

Mənzil sahibi öz evinə görə kirayə haqqı ödəmir. Lakin binanın damı, pilləkəni və digər ortaq yerlərinin saxlanılması xərclərində iştirak etməlidir. Kirayədə yaşayan şəxsin ödəyəcəyi haqlar isə kirayə şərtləri nəzərə alınmaqla müəyyənləşdirilir.

MİS əməkdaşı olmaq sakinin razılığı olmadan mənzilə daxil olmaq hüququ vermir. Bunun üçün qanunda ayrıca əsas və ya məhkəmə qərarı olmalıdır.

Sakin xidmətin göstərilməsini və ödənişin izahını istəyə bilər. Məsələn, girişin təmizliyi üçün pul yığılırsa, həmin işin nə vaxt və kim tərəfindən görüləcəyini soruşmaq normaldır. Problem varsa, onu yazılı bildirmək, ödəniş zamanı isə qəbz almaq daha məqsədəuyğundur.

Hüquqşünas | Mediator Zaur Quliyev

728×90
Paylaş: