İnkişaf edən şəhər, planlı aparılan işlər

Son illər ölkəmizdə yolların yenilənməsi, yeni nəqliyyat xətlərinin və metro stansiyalarının tikintisi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu işlər dövlətimizin şəhər infrastrukturunun inkişafına və vətəndaşların rahatlığının təmin edilməsinə verdiyi böyük önəmin göstəricisidir.
Təbii ki, belə genişmiqyaslı layihələr müəyyən müddət ərzində yol hərəkətində məhdudiyyətlər və narahatlıqlar yarada bilər. Lakin bu narahatlıqların minimuma endirilməsi üçün təmir və tikinti işləri daha planlı və əlaqələndirilmiş şəkildə aparılmalıdır.
Yolların bağlanması barədə vətəndaşlara əvvəlcədən məlumat verilməli, alternativ marşrutlar göstərilməli, avtobus xətləri uyğunlaşdırılmalı və işlərin başa çatma müddəti açıq şəkildə bildirilməlidir.
Dövlət böyük layihələr həyata keçirir və bu layihələrin nəticəsi şəhərimizin daha rahat, təhlükəsiz və müasir olmasına xidmət edir. Bizim vəzifəmiz isə görülən işləri dəstəkləməklə yanaşı, onların icrası zamanı yaranan problemlərin vaxtında diqqətə çatdırılmasına kömək etməkdir.
İnkişaf dayanmayacaq. Əsas məsələ bu inkişafın planlı, əlaqələndirilmiş və vətəndaş rahatlığı nəzərə alınmaqla həyata keçirilməsidir.

Hüquqşünas | Mediator Zaur Quliyev
