Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Təhsilimizin zərif qayğıkeşi

26 Avqust 2026, 10:36 Cəmiyyət
728×90

Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız-hesabsız insanların mənəvi dostuna çevrilib. Onun həyata keçirdiyi layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir. Fondun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsədlər Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə doğru irəliləyərək, müasir maddi-texniki və intellektual zəmin formalaşdırmaqdadır.

Azərbaycanın Birinci Xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır.

Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Hətta xarici dövlətlərdə belə elmə, təhsilə diqqət göstərir. Belə ki, Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikilib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib. Birinci xanımın genişmiqyaslı layihə və proqramlarının əsasında təhsil sistemini təkmilləşdirmək və onu dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi dayanır. Bütün bunlar onun necə humanist mövqedə qərar tutduğunun və xalqını necə məhəbbətlə sevdiyinin göstəricisidir.

Hörmətli Mehriban xanım!
“REHA” Təlim Təhsil Mərkəzinin kollektivi adından Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, ünvanınıza gələn çoxsaylı xoş və səmimi arzulara qoşuluram.

Hörmətlə, İlhamə Axundova, “REHA” Təlim Təhsil Mərkəzinin təsisçisi və rəhbəri

728×90
Paylaş: