Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Sakit tərk edənlər: Müasir münasibətlərdə “Ghosting” və gözə görünməz psixoloji zərbə

24 Avqust 2026, 16:30 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, müasir cəmiyyətdə insan münasibətləri sürətlə rəqəmsallaşdıqca, səmimiyyət və məsuliyyət hissi də eyni dərəcədə zəifləyir. Bu rəqəmsal dövrün yetirdiyi ən ağrılı psixoloji fenomendən biri hər hansı bir izahat vermədən, bircə kəlmə belə demədən birdənbirə həyatdan yoxa çıxmaq, yəni “Ghosting” adlanan soyuq tərk edilmə formasıdır. İster romantik münasibətlərdə, istər illərlə sınanmış dostluqda, istərsə də peşəkar iş mühitində olsun, bir insanın anidən bütün əlaqələri kəsib “ruh kimi” yoxa çıxması qarşı tərəfdə gözə görünməz, amma dərin izlər buraxan mənəvi zərbə yaradır.

İnternet və sosial şəbəkələrin həyatımızın hər anını əhatə etməsi insanları bir-biri üçün daha əlçatan etsə də, təəssüf ki, münasibətlərin dəyərini ucuzlaşdırdı. Bir düymə ilə kimisə bloklamaq, mesajlara cavab verməmək və ya sadəcə zəngləri görməzdən gəlmək, açıq şəkildə qarşılaşmaqdan və dürüst söhbətdən qaçanların ən asan sığınacağına çevrildi. Lakin bu sükut tərk edilən şəxs üçün sadəcə bir ayrılıq deyil, cavabsız qalan onlarca sual deməkdir. “Mən harada səhv etdim?”, “Mənə nə çatışmırdı?” kimi bitmək bilməyən suallar insanın özünəinamını sarsıdır, daxili travmalara və gələcək münasibətlərdə dərin etibarsızlıq hissinə yol açır. Bir insana verillən en böyük cəza onu cavabsız və dəyərsiz hissi ilə baş-başa qoymaqdır.

Uzaqlaşmaq, münasibəti bitirmək hər bir insanın təbii haqqıdır, lakin bunu dürüstlük və hörmət çərçivəsində etmək insanlığın ana şərtidir. Sakitcə tərk edənlər öz müvəqqəti rahatlıqları üçün qarşı tərəfin duygusal dünyasını darmadağın etdiklərinin fərqinə varmalıdırlar. Çünki dürüst bir “sağ ol” kəlməsi, minlərlə cavabsız sükutdan daha mərhəmətlidir.

728×90
Paylaş: