Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Hindistanda körpələri məbəd damından atmaq adəti

24 Avqust 2026, 15:30 Dünya
728×90

Faktum.az xəbər verir ki, Hindistanın Karnataka və Maharaştra ştatlarında əsrlər boyu icra edilən və eşidənləri heyrətə gətirən qeyri-adi bir ritual qorunub saxlanılır. Əsasən kənd yerlərində keçirilən bu adətə görə, yeni doğulmuş körpələr təxminən 15 metr hündürlükdə olan məbəd və ya məscid divarlarının üstündən aşağı atılır. Aşağıda toplaşan kənd sakinləri isə uşağı havada tutmaq üçün xüsusi olaraq gərilmiş ağ örtükdən istifadə edirlər. Körpə parça üzərinə təhlükəsiz şəkildə düşdükdən sonra dərhal anasının qucağına təhvil verilir.

Bu dəhşətli görünen ritualın kökləri 700 ildən çox bir tarixə dayanır. İnanca görə, qədim zamanlarda uşaq ölümlərinin qarşısını almaq və ilahi mərhəmət qazanmaq üçün din xadimləri valideynlərə körpələrini müqəddəs məbədin damından atmağı məsləhət görüblər. Yerli əhali bu gün də inanır ki, bu ritual uşağa möhkəm sağlamlıq, uzun ömür, şans və cəsarət gətirir, eyni zamanda bütün ailəni bəd nəzərlərdən qoruyur. Ritual həm hindu, həm də müsəlman icmalarının bəzi nümayəndələri tərəfindən birgə icra edilir.

Bununla belə, uşaq hüquqları müdafiəçilərinin və dövlət qurumlarının ciddi etirazlarından sonra bu adət rəsmi şəkildə qadağan olunub. Həyati təhlükə yaradan bu ritual zaman-zaman gizli şəkildə keçirilsə də, hüquq-mühafizə organları tərəfindən sərt şəkildə nəzarətə götürülüb.

728×90
Paylaş: