Çin təkrar istifadə edilə bilən raketi kosmosa buraxaraq yenidən yerə qaytara bilib

Çinin özəl “LandSpace” şirkəti tərəfindən hazırlanan “Zhuque-3” (ZQ-3) raketinin birinci pilləsi kosmik orbitə peyk çıxardıqdan sonra Yerə uğurla eniiş edib.
Bu, Çində ilk dəfə olaraq bir raketin birinci pilləsinin şaquli şəkildə xüsusi eniş ayaqları vasitəsilə quruya (Qobi səhrası, Qansu əyaləti) uğurla endirilməsi hadisəsidir.
Raket “Honghu-03” peykini planlaşdırılan orbitə yerləşdirdikdən sonra onun təkrar istifadə edilə bilən birinci pilləsi ayrılaraq təyin olunmuş nöqtəyə yumşaq eniş edib.
“Zhuque-3” maye oksigen və metan yanacağı ilə işləyir, gövdəsi isə paslanmayan poladdan hazırlanıb. Şirkət bu pilləni 20 dəfəyədək təkrar istifadə etməyi planlaşdırır.
Bu uğur Çini ABŞ-dan (SpaceX) sonra kosmik raketlərin birinci pilləsini quruda şaquli enişlə təkrar istifadə üçün geriyə qaytara bilən ikinci ölkə mövqeyinə bir addım daha yaxınlaşdırır.

Şəhla İlkay
