Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mediatora necə müraciət etmək olar və bu xidmət ödənişlidirmi?

18 Avqust 2026, 13:03 Manşet
728×90

Faktum.az xəbər verir ki, mülki, ailə, əmək vən kommersiya mübahisələrinin məhkəmədən kənar, sivil və tərəflərin qarşılıqlı razılığı ilə həlli üçün mediasiya institutu ən effektiv hüquqi vasitələrdən biridir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa əsasən, ailə, əmək və kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək məcburidir.

Mediatorun xidmətindən yararlanmaq üçün vətəndaşlar və ya hüquqi şəxslər bilavasitə Mediasiya Şurasının rəsmi internet portalı (mediasiya.org.az) üzərindən elektron qaydada, ərazi üzrə fəaliyyət göstərən mediasiya təşkilatlarına şəxsən yaxınlaşaraq və ya məhkəmə prosesi gedişində hakimin yönləndirməsi ilə müraciət edə bilərlər. Müraciət daxil olduqdan sonra tərəflərin razılığı ilə mediator seçilir və ya Mediasiya Şurası tərəfindən tərəfsiz mediator təyin olunur. Mediasiya xidmətinin ödənişli olub-olmaması məsələsinə gəldikdə isə, bu xidmət müəyyən edilmiş tariflərə uyğun olaraq ödənişlidir.

Nazirlər Kabinetinin qərarı ilə ilkin mediasiya sessiyası və növbəti mediasiya mərhələləri üçün sabit xidmət haqları müəyyən edilib və bu xərc adətən tərəflər arasında bərabər bölünür. Lakin qanunvericilikdə sosial baxımdan həssas qruplar üçün mühüm güzəştlər də nəzərdə tutulub. Əgər tərəflərdən birinin maddi imkanı çatmirsa və o, azteminatlı ailənin üzvüdürsə, birinci dərəcə əlilliyi varsa və ya digər güzəştli sosial kateqoriyaya aiddirsə, müvafiq təsdiqedici sənədləri təqdim etməklə mediasiya xərclərindən azad oluna bilər və bu halda mediatorun xidmət haqqı dövlət büdcəsi (Mediasiya Şurasının fondu) hesabına ödənilir. Mübahisənin mediasiya yolu ilə həlli həm zaman, həm də məhkəmə rüsumları ilə müqayisədə maliyyə baxımından tərəflər üçün daha əlverişli hesab olunur.

728×90
Paylaş:

Mediatora necə müraciət etmək olar və bu xidmət ödənişlidirmi?

25 Aprel 2026, 22:08 İdman
728×90

Ədliyyə TV YouTube kanalımızda mediator Nərgiz Əliyeva ilə bu dəfə vətəndaşları ən çox maraqlandıran suallardan birinə aydınlıq gətirdik.

Mediasiya prosesinə necə başlamaq olar, hara müraciət edilməlidir və bu xidmətin maddi tərəfi necə tənzimlənir – bütün bu məqamlar verilişdə ətraflı izah olunur.

Əgər siz də mübahisələrinizi daha sürətli, daha az xərc və stresslə həll etmək istəyirsinizsə, bu buraxılışı izləməyi unutmayın.

Suallarınız varsa və ya qonağımızla əlaqə saxlamaq istəyirsinizsə, bizə yazın: (+99470) 222 91 39

728×90
Paylaş: