Qombe müharibəsi haqqında nə bilirik?

Haqqında söz açmaq istədiyimiz Qombe müharibəsi, ən qeyri-adi müharibəsi olaraq tarixə düşdü.
Sandığınız kimi bu müharibə iki dövlət və ya vətəndaş müharibəsi deyildi. 1974-78-ci illərdə Tanzaniyada, Tanzaniya Çayı Milli Parkında yaşayan iki şinpanze meymunları arasında yaşanmış müharibədir.
Müharibə Kasakella şimpanze qəbiləsi arasında yaşandı. Öncə tək qəbilə olan Kasakella icması, iki qəbələyə ayrıldı. Şimal Kasakella, cənub Kahama qəbiləsi olaraq, aralarında ərazi və hakimiyyət müharibəsi başlandı. Dörd il davam edən müharibə dövründə Kasakella qəbiləsi sayca üstünlüyü səbəbiylə sonunda “qələbə caldı”. Müharibə Kahama qəbiləsinin son erkek şinpanzesinin ölümü ilə bitdi. Qəbilədə qalan dişi şinpanzelər Kasakella qəbiləsinə qatıldı. Bu hadisə heyvanlar arasında ilk müharibə olaraq Geyn Qudal tərəfindən qeydə alınmışdır.
Təbii ki, heyvanlar aləmində belə hallar kifayət qədər var. Rəsmi olaraq isə müşahidə altında alınaraq, ilk dəfə qeydə düşməsi, bəhs etdiyimiz Qombe müharibəsi oldu.

Tərifə Şükürqızı
