”Musəlman” Əfqanıstanın rüsvayçı adətli, “Baça bazı” (becəbazlıq)

İnsanlıq tarixinə nəzər saldıqda, hər xalqın özünə məxsus adətlərini görürük. Əslində bəhs edəcəyimiz mövzuya adətdən çox, varlıların əyləncəsi desək yerinə düşər.
Acınacaqlısı odur ki, əyləncə adlandırılan belə gecələr, insan nəfsini iyrənc tərəflərini çılpaqlığı ilə üzə çıxarır. Necə ki, Əfqanıstanda ta qədimdən adət halını almış, BACA BAZI(becəbazlıq və ya oğlanbazlıq) adlandırılan “şənlik” kimi.
Baca bazı əfqan dilindən tərcümədə “oğlan oynatmaq” anlamına gəlir.
Varlı əfqan kişiləri 10-12 yaş arası oğlan uşaqlarına və ya gənc oğlanlara qadın paltarı geyinib, süni sinə yaradıb, topuqlarına xal-xal taxaraq yetkin kişilər önündə rəqs etməyə vadar edilir.
Belə uşaqlar ya yetim ya da kasıb ailənin satılan uşaqları olur. Şənlik bitdikdən sonra, yetkin kişilər yeniyetmə oğlan uşağı ilə cinsi münasibət yaşayırlar. Hətta belə hall qrup şəkilində edilir. Uşaq imtina etdikdə təcavüz olunur.
Baçı bazlıq ənənəsinin kökünə endikdə, ta qədimdən Hindistanda, İranda geniş yayılmış olduğunu görürük.
Ümumilikdə Hind-Avropa xalqları arasında geniş yayılmış oğlanbazlıq, İslam dinində olduqca ağır günah hesab olunur. Məhz bu səbəblə Lut qövmü məhv edildi. Hindistan müsəlman ölkəsi deyil. Əfqanıstan dövləti isə, qatı radikallar olan Taliban tərəfindən yönləldirilir. Belə olduqda, bəhs etdiyimiz utanc verici hallar onu söyləməyə əsas verir ki, məqsəd, İslam dinini dünya ictimaiyyətinə əxlaqsız bir din olaraq təbliğ etməkdir.
O isə əxlaq nə din nə Allah xofu ilə qorunmur. Millətin zəngin mənəvi dəyərləri üzərində formalaşır.
Taliban hökuməti Əfqan qadınlarına diri-diri qəbir qazdı. Təhsil hüquqlarını əllərindən aldı. Qadını bir əşyadan daha ucuz etdi. Elə isə oğlanbazlıq kimi biabırçı adəti ləğv etmədi? Görünür becəbazlıq həvəsi dini inanca üstün gəldi.
Siz nə düşünürsünüz?
Taliban İslamı müdafiə edir, ya İslam adı altında doymayan cinsi ehtiraslarını təmin edir?

Tərifə Şükürqızı.
