Sosial müavinətlər və onlardan yararlanmaq qaydaları: Kimlərə, hansı hallarda ödənilir?

Faktum.az xəbər verir ki, dövlət sosial müavinətləri əhalinin həssas təbəqələrinin, müəyyən səbəblərdən əmək qabiliyyətini itirmiş və ya sosial dəstəyə ehtiyacı olan vətəndaşların maddi rifahını təmin etmək məqsədilə ödənilən aylıq və ya birdəfəlik pul vəsaitidir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müavinət təyin olunarkən şəxsin əmək stajının olub-olmaması və ya ödənilən sosial sığorta haqqı əsas şərt kimi tələb olunmur.
Aylıq sosial müavinətlər əsasən yaşa görə, əlilliyə görə, aile başçısını itirməyə görə, müharibə veteranlarına, əlilliyi olan uşaqlara və xüsusi kateqoriyadan olan şəxslərə verilir. Məsələn, pensiya hüququ kazanmayan və yaş həddinə çatan şəxslərə yaşa görə müavinət təyin edilir.
Birdəfəlik müavinətlər isə uşağın doğulmasına görə, dəfn üçün, radiasiya qəzası nəticəsində zərər çekmiş şəxslərə müalicə üçün və ya cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə ödənilir.
Sosial müavinətlərin təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron müstəvidə, e-sosial.az portalı vasitəsilə proaktiv qaydada (avtomatik) və ya “DOST” mərkəzləri, eləcə də Məşğulluq Mərkəzləri üzərindən müraciət əsasında aparılır. Dövlət infosiistemlərində zəruri məlumatlar olduqda müavinətlər vətəndaşdan əlavə sənəd tələb olunmadan avtomatik təyin olunur vən vətəndaşın bank hesabına köçürülür. Müavinət sisteminin təkmilləşdirilməsi cəmiyyətdə sosial ədalətin və dayanıqlı rifahın təmin olunmasında mühüm rol oynayır.
