Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Turgut Özal öldü ya öldürüldü? – 2

13 Avqust 2026, 09:30 Dünya
728×90

Faktum.az xəbər verir ki, öndəki yazılarımızda Turgut Özalın 1989-cu ildə Robert Maksvelin Türkiyənin ana xəbər mətbuatı olan Hürriyyət qəzetini almasına izin vermədiyini və bununla bağlı çoxlu hədə-qorxu, təhdidlər aldığı barədə bəhs etmişdik. Bu yazıda Turgut Özalın müəmmalı ölümü barədə danışmaq istəyirik.

1993-cü ildə Türkiyə mətbuatı Özalın anidən infarkt keçirərək dünyasını dəyişməsi barədə məlumat yaydı. Lakin ölüm səbəbinin həqiqətən infarkt olduğunu təsdiq etmək üçün o gün heç bir tibbi ekspertiza işləri aparılmadı, cənazə tələm-tələsik dəfn edildi.

Nəhayət 19 ildən sonra məzar yenidən açılaraq cəsədin qalıqları üzərində ekspertiza aparıldı. Ekspertiza müəyyən etdi ki, Turgut Özalın sümüyündə həşərat zəhəri və 4 ağır metal qalıqları mövcuddur. Məhkəmə isə cinayət işinin açılması üçün yetərli dəlillərin olmamasını əsas gətirərək cinayət işinin başlamasını rədd etdi.

Ortaya çıxan mənzərə açıq şəkildə bunu göstərir ki, Turgut Özal təhdidlərə, hədələrə qurban getmişdir. İnsanın gedəcəyi son yol ölümdür. Kimisi bu yolu iz qoymadan, kimisi ölümü ilə belə düşmənə xof salaraq keçir. Özal ikinci yolu seçib millətinin yolunda canını verdi.

Məkanı Cənnət olsun.

Tərifə Şükürqızı

728×90
Paylaş: